2019-cu ilin ən məhsuldar futbolçularının adları açıqlanıb.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli və qitəmiqyaslı klub turnirlərdə ən çox qol vuranların siyahısını müəyyənləşdirib.
Dekabrın 1-dək beynəlxalq oyunlarda 10 və daha çox qol vuran oyunçular sıralanıb ki, siyahıya portuqaliyalı Kriştianu Ronaldu başçılıq edir. 34 yaşlı forvard 11 ay ərzində Portuqaliya yığmasında 14, "Yuventus"da isə 6 dəfə fərqlənib. Onu 19 topla ingiltərəli Harri Keyn izləyir. İlk "üçlüy"ü isə Birləşmiş Ərəb Əmirliklərindən olan Əli Mabxut qapayır.
"Qızıl top"un sahibi olan Lionel Messi aktivindəki 13 qolla siyahıda 13-cü pillədə qərarlaşır.
İlk "10-luq"
1. Kriştianu Ronaldu: Portuqaliya - 14, "Yuventus" - 6
2. Harri Keyn: İngiltərə - 12, "Tottenhem" - 7
3. Əli Mabxut: BƏƏ - 17, "Əl-Cəzirə" - 0
4. Rahim Sterlinq: İngiltərə - 8, "Mançester Siti" - 9
5. Ali Almoez: Qətər - 15, "Əl-Duhail" - 1
6. Robert Levandovski: Polşa - 6, "Bavariya" - 10
7. Omar əl-Somah: Suriya - 8, "Əl-Əhli" - 7
8. Lautaro Martines: Argentina - 8, "İnter" - 6
9. Olivye Jiru: Fransa - 6, "Çelsi" - 8
10. Eldor Şomurodov: Özbəkistan - 13, "Rostov" - 0
Milli.Az