Amerika kuboku-2020: Püşk atıldı

4 Dekabr 2019 14:37

2020-ci ildə keçiriləcək Amerika kubokunun qrup mərhələsinin püşkü atılıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 2020-ci ilin 12 iyununda start götürəcək turnirin açılış matçında Argentina ilə Çili yığmaları qarşılaşacaq. Amerika kuboku-2020-yə ev sahibliyini Argentina və Kolumbiya edir.

Püşkatmada 6 komandalı iki qrup müəyyənləşdirilib. Qruplarında ilk 4 yeri tutan komandalar 1/4 finala yüksələcək.

Amerika kuboku-2020, qrup mərhələsi

A qrupu: Argentina, Avstraliya, Boliviya, Uruqvay, Çili, Paraqvay
B qrupu: Kolumbiya, Braziliya, Qətər, Venesuela, Ekvador, Peru

Milli.Az