Şəbnəm Nigar Camala "eybəcərsən" yazdı - Daha bir qalmaqal - FOTO

4 Dekabr 2019 19:04

Müğənni Şəbnəm Tovuzlu son zamanlar ard-arda qalmaqal yaşadığı həmkarı Nigar Camalın fotosuna tənqidi rəy yazıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı qonaq olduğu "Hər şey daxil" proqramında aparıcı Tarix Əliyevin istəyi ilə Nigarın İnstaqram-dakı paylaşımına "bu şəkildə çox eybəcər düşmüsən" şərhini yazıb. Bununla da, o, bir neçə gün bundan əvvəl N. Camalın "Şəbnəmi "blok"a atmışam" açıqlamasını yalanlayıb.

Şəbnəm bunu sübuta yetirmək üçün həmkarının rəsmi səhifəsində rəyini bildirib.

Milli.Az