Təmas xəttində monitorinq keçirildi

4 Dekabr 2019 17:03

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Milli.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Milli.Az