Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi - VİDEO - FOTO

4 Dekabr 2019 12:57

Danimarkada yaşayan Rəvan Atayev Sambo-cüdo idman növü üzrə Danimarka birinciliyindən 3-cü yeri tutub.

Bu barədə Milli.Az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. "Rəvan Atayev Danimarkanın Yuland adasında keçirilən ölkə çempionda bürünc medal qazanıb. 15 yaşlı Rəvan Atayev 19 yaşlı rəqibi üzərində parlaq qələbə qazanaraq 3-cü yeri götürüb. İdmançı 12 saniyəyə rəqibini məğlub edib. Rəvan Atayevin qələbəsi bütün azərbaycanlıları sevindirib".

Milli.Az