Premyer Liqa klubu braziliyalı futbolçu ilə yeni müqavilə imzaladı

4 Dekabr 2019 10:59

İngiltərənin "Everton" klubu hücumçusu Riçarlisonla müqavilənin müddətini uzadıb.

Milli.Az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilə qədər artırılıb.

Braziliyalı futbolçu "Everton"a 2018-ci ilin yayında 25 milyon funt-sterlinqə "Uotford"dan transfer olunub. O, bu komanda 55 rəsmi oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az