1 aydır komada olan ana qızının qışqırmasına reaksiya verib - MÖCÜZƏ

4 Dekabr 2019 23:19

Bir aydır komada olan gənc qadın qızının qışqırıq səslərinə reaksiya verərək, onu sinəsinə sıxıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 42 yaşlı Mariya yolda soyğunçunun hücumundan yerə yıxılaraq başından zərbə alıb.

Ondan sonra vegetative vəziyyətdə yatan xəstənin ayılmayacağını görən həkimlər ailəyə onun ayılmayacağını bildirib, orqanlarını bağışlamağı təklif ediblər.

Lakin qadının əri bədbin proqnozlara təslim olmur, arvadının 3 övladının yanına qayıdacağına inanır.

Ötən həftə palataya 2 yaşlı qızını gətirib. Uşaq ac olarkən qışqırdığı və ağladığı səsləri çıxaran zaman ana qəfildən xalatının yaxasını açıb və ona döşünü verməyə çalışıb. Bu hərəkətləri etsə də qadın komadan ayılmayıb.

Hadisənin şahidi olanlar göz yaşlarını saxlaya bilməyiblər. Kişinin sözlərinə görə, qadın qızına həyatda toxunduğu tərzdə toxunub. Hələ də şüuru bərpa olmayan qadının müalicəsi davam etdirilir.

Milli.Az