Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs saxlanılıb

3 Dekabr 2019 21:56

Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az