Prezident İlham Əliyev yeni rektoru təyin etdi

3 Dekabr 2019 17:51

Prezident İlham Əliyev Elbrus İsayevinNaxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin".

Prezident İlham Əliyev digər sərəncamı ilə Elbrus İsayevi Naxçıvan Dövlət Universitetinin rektoru təyin edib.

Milli.Az