“Şou əhli ilə ailə qurmaram” - Aysun İsmayılova - VİDEO - FOTO

3 Dekabr 2019 17:18

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Aysun İsmayılova olub.

Milli.Az bildirir ki, gənc ifaçı tanınmış biri ilə heç vaxt ailə qurmayacağını bildirib:

"Tək öz yaşıdlarım arasında deyil, müğənnilərin hamısı ilə rəqabət aparıram. Çünki onları keçməliyəm. Məqsədim var. Onların illərlə edə bilmədiyini mən 1 ilə etdim. Heç birini rəqib olaraq görmürəm. Məncə, onlar artıq bu sənətdə deyillər. Olsalar çalışarlar. Duetlərə son qoymuşam. Əgər olsa, xanımla duet oxuyaram. Yorulmuşam. Hansısa bəylə duet oxuyanda deyirlər ki, yəqin sevgilidirlər. Əgər kiminləsə ciddi münasibətim olsa, deyərəm. Şou əhli ilə sevgili olmaram. Çünki çox qısqancam. Onun fanat ordusu ilə başa çıxa bilmərəm".

Milli.Az