Röya Brilliantı "erməni" söhbətinə görə QINADI: Bəs şərhi niyə sildi? - FOTO

3 Dekabr 2019 14:45

Brillinat xanım burada olanda dedi ki, musiqinin milliyəti yoxdur. Brilliant xanım hətta bir erməni ifaçısının ifasının altına "super" şərhini də yazmışdı. Dedi "Mən yenə də ermənilərin Azərbaycan mahnısını yaxşı ifa etdiyini görsəm, yenə altından "super" yazacam. Çünki mahnının milliyəti olmur.

Milli.Az xəbər verir ki, bu ifadələri Dadaş Dadaşlinski İTV-də yayımlanan "3D" proqramında qonaq olan Xalq artisti Röya Ayxanla sözhbəti zamanı işlədib.

Aparıcının Brilliant xanımla bağlı fikirlərinə Röyanın reaksiyası özünü çox gözlətməyib:

"Bəli, musiqinin milliyəti yoxdur. Bunu həmişə demişəm. 

Onda bəs niyə sonra Brilliant xanım "comment"ini sildi? Deməli, öz etdiyinə inanmaq istəmədi. Biz nə qədər desək də "milliyəti yoxdur"... Mən bilirsiniz nə barədə deyirəm? Danışmadığım müğənninin mahnısı xoşuma gələr özüm üçün zümzümə edərəm, amma mənim millətimi incidən millətə heç vaxt "super" yaza bilmərəm. Mən qarabağlıyam, mənim nəsil-köküm öz yurdundan ayrı düşüb. Hamısının əziyyətini çəkirəm mən. Bu problemin arasında mən hələ ona "super" yazacam? - Heç vaxt! Mən Brilliant xanımla heç qətiyyən razı deyiləm". 

Məhəmməd Vaqif
Milli.Az