Rusiya XİN: "Hərbi-texniki əməkdaşlıq Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın ən vacib sahələrindəndir"

3 Dekabr 2019 14:34

Hərbi-texniki əməkdaşlıq Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın ən vacib sahələrindəndir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat komfransı zamanı deyib.

Nazir qeyd edib ki, hərbi-texniki əməkdaşlıq beynəlxalq qanunvericiliyə uyğun inkişf edir.

Öz növbəsində, E.Məmmədyarov bildirib ki, bu sahədə əməkdaşlıq hər zaman gündəlikdə olub.

"Müəyyən fikirlər var. Razılaşma olan kimi, KİV-ə məlumat verəcəyik".

Milli.Az