Azərbaycan və Rusiya XİN arasında protokol imzalanıb

3 Dekabr 2019 13:43

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında protokol imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

E.Məmmədyarov bildirib: "İki ölkə arasında çox yaxşı hüquqi baza var. İqtisadiyyatla bağlı isə deyə bilərəm ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Ümid var ki, dövriyyə ilin yekunları üzrə 3 milyard dollara çatacaq. Azərbaycan Rusiyanın Cənubi Qafqzda əsas ticarət tərəfdaşıdır".

Nazirin sölərinə görə, onlar görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər:

"Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyət heç bir nəticə vəd etmir".

Milli.Az