Rasim “Ata ocağı”ndan getdi

3 Dekabr 2019 14:35

Əməkdar artist Rasim Cəfər "Xəzər" TV-də yayımlanan "Ata ocağı" serialından ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə o, sosial media hesabında yazıb.

"Bu gün "Ata ocağı" serialında son səhnəm oldu. 3 il gecə-gündüz bərabər çalışdığım bir heyətlə, kollektivlə vidalaşdım! Bu 3 ildə sizin kimi dostlar qazandığım üçün çox xoşbəxtəm! Haqqınızı halal edin, dostlar! Əslində, gedən cismimdi, ruhum sizinlədi! İnşallah, yenidən görüşərik! Hər şeyə görə minnətdaram sizə, əziz, doğma "Ata ocağı" ailəsi!" deyə, sənətçi bildirib.

Qeyd edək ki, R.Cəfər serialda Nadir obrazını canlandırırdı. Aktyor ssenariyə əsasən, 456-cı bölümdə xaricə köçüb.

Milli.Az