Acer şirkəti İnnovasiyalar Agentliyi ilə əməkdaşlıq edə bilər

5 Dekabr 2019 23:55

""Acer" şirkəti startaplara dəstək üçün 2020-ci ilin yanvar ayında yeni proqramını təqdim edəcək. Bu proqram çərçivəsində şirkətimiz Azərbaycanın  İnnovasiyalar Agentliyi ilə əməkdaşlıq etməyə hazırdır".

Bunu "Acer" şirkətinin vitse-prezidenti Qriqori  Nizovski deyib.

Qriqori  Nizovski qeyd edib ki, "Acer"  regionda yerləşən pərakəndə, logistika və sığorta şirkətləri ilə qurduğu əməkaşlıq sayəsində yeni məhsullarını optimal vaxtda rəflərdə alıcılara təqdim edir.

Milli.Az