"Fiorentina"da Riberi şoku

3 Dekabr 2019 20:26

"Fiorentina"nın yarımmüdafiəçisi Frank Riberi zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya A Seriyasının 14-cü turunun "Leççe" ilə ev oyununda (0:1) zədə alan təcrübəli yarımmüdafiəçinin nə qədər yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Sağ ayağının topuq nahiyəsindən zədə alan 36 yaşlı futbolçunun qarşıdakı 1 ayda komandaya kömək edəcəyi sual altındadır.

Qeyd edək ki, Riberi cari mövsümdə 11 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmənin müəllifi olub.

Milli.Az