“Uşaq dedi ki, “peraşki” qurtardı deyə boşandınız?”

3 Dekabr 2019 09:58

Xalq artisti Röya Ayxan İTV-də yayımlanan "3D" proqramında maraqlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, veriliş boyunca bir çox məqamlara toxunan sənətçi oğlu Hüseynin məktəbdə gördüyü münasibət haqda da danışıb. 

"İstəmirəm ki, məktəbdə oğluma anası müğənnidir deyə müraciət olunsun. Bir dəfə 5-6 yaşlı uşaq mənə yaxınlaşıb dedi ki, "Röya xala, "peraşki" qurtardı deyə boşandınız?". Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə təkrarlayır. Yəni bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil", - Röya bildirib.

Qeyd edək ki, xalq artistinin keçmiş əri Anar Cəlilovun atası Çingiz Cəlilov "Çudo Peçka" mağazalar şəbəkəsinin sahibi idi. "Çudo Peçka" MMC, əsasən, un məmulatlarının istehsalı və satışı ilə məşğul olub.

Milli.Az