İlin ən yaxşı gənc futbolçusu bəlli oldu - FOTO

3 Dekabr 2019 07:35

2019-cu ilin ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, "Yuventus"un müdafiəçisi Matteys de Liqtdir.

Hollandiyalı futbolçu "France Football" nəşri tərəfindən aparılan sorğunun nəticəsində qalib olub.

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço ikinci olub. "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliks isə üçüncü yeri tutub.

Milli.Az