Alisson ilin ən yaxşı qapıçısı adına layiq görülüb

3 Dekabr 2019 07:26

"Liverpul" futbol klubunun braziliyalı qapıçısı Alisson Bekker "France Football" nəşrinin versiyasına görə ilin ən yaxşı qapıçısı adına layiq görülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, braziliyalı qapıçıya sentyabr ayında təsis edilmiş "Lev Yaşın" mükafatı təqdim edilib.

İlin ən yaxşı qapıçıları sıralamasında ikinci yeri "Barselona" klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegen, üçüncü yeri isə "Mançester Siti" klubunun ingiltərəli qapıçısı Ederson tutublar.

Milli.Az