Hansı hallarda bezdən istifadə etmək olmaz?

8 Dekabr 2019 20:20

Uşaq bezlərinin fasiləsiz istifadəsi problemlər yaradır.

Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Milli.Az e-tibb.az-a istinadən mütəxəssisin uşaq bezləri barədə fikirlərini təqdim edir:

Analar birdəfəlik bezlərin istifadəsinin rahat olmasına görə onlardan geniş istifadə edirlər. Bu bezlərin içi nəmliyi özünə çəkən xüsusi materialdan hazırlanıb. Bezlərdən istifadə etdikdə dəri quru qalır, buna görə də bişməcələrin sıxlığı aşağı düşür. Lakin bezlərdən istifadə edərkən də bəzi məqamlara diqqət etmək lazımdır.

Bezlər vaxtlı-vaxtında dəyişdirilməlidir (təxminən gün ərzində 6-8 dəfə ola bilər)

Bez uşağın çəkisinə uyğun olmalıdır. Bezlə bədən arasında bir barmaq kimi məsafə olmalıdır. Hər bezi dəyişərkən bir neçə dəqiqə uşağı çılpaq saxlamaq lazımdır. Yəni hava vannası etmək lazımdır.

Belə bir fikir var ki, bezlər uşaqlara üçün, ələlxüsus da, oğlan uşaqları üçün zərərlidir. Qeyd edək ki, bezlərin düzgün istifadəsinə əməl etmədikdə yerli olaraq istiliyin qalxması uşaqlara mənfi təsir edə bilər. Yəni bezlərin fasiləsiz istifadəsi həm sidik yollarının iltihabına, həm də sidik və nəcis ifrazı reflekslərin formalaşmasına mənfi təsir göstərir. Ona görə 1-1,5 yaşdan sonra bezlərin istifadəsini azaltmaq olar, yəni gecə yuxusunda olarkən, havada gəzintidə olarkən istifadə edib digər vaxtlarda nəzarət edilə bilər. Bundan başqa, bilinməlidir ki, uşağın temperaturu 38 dərəcə olduqda bezdən istifadə edilməməlidir.

Milli.Az