"Zeytun qızıl, zeytun yağı isə qızıl suyudur".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu məşhur dietoloq, daxili xəstəliklər və kardiologiya uzmanı, professor Canan Karatay deyib.
Onun sözlərinə görə, zeytun hətta qızıldan da qiymətlidir: "Qızıldan ötrü insanlar bir-birini öldürür, amma zeytun həyat bəxş edir. Uzun ömür, sağlamlıq verir".
O, hər zaman az yağ yemək barədə verilən tövsiyələrə də münasibət bildirib: "Az yağla yaşamaq mümkün olmaz. Dəzgahlar yağlanmasa işləməz. İnsan bədəni bir dəzgahdır".
Mütəxəssisin sözlərinə görə, zeytun yağı ana südü ilə eynidir: "Bircə fərqli var. Ana südündə heyvani xolesterin var, zeytun yağında bitki xolesterini".
Milli.Az