Qrosso ilə yollar ayrıldı

3 Dekabr 2019 21:29

İtaliyanın "Breşiya" klubu baş məşqçisi Fabio Qrosso ilə yolları ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, noyabrın 4-də baş məşqçi təyin olunan İtaliya yığmasının sabiq üzvü uğursuz nəticələrə görə göndərilib.

Artıq "Breşiya"nın yeni baş məşqçisi də məlumdur. Klub rəhbərliyi komandanın sabiq çalışdırıcısı Eugenio Korini ilə anlaşıb.

Qeyd edək ki, "Breşiya" hazırda 13 oyuna topladığı 7 xalla sonuncu pillədə qərarlaşıb.

Milli.Az