Telli efirdə gürcü xəngəlini necə yedisə, MƏƏTTƏL QALDILAR - Şokdayam, dəhşət - VİDEO

2 Dekabr 2019 13:34

Telli Borçalının gürcü xəngəlinə olan sevdası bu gün "Şou ATV"nin efirində bir daha təsdiqini tapıb.

Aşıq xanımla ən çox gürcü xəngəli yeməkdən yarışmaq üçün efirə Afət Fərmanqızı təşrif buyurub. Tərəflər canlı yayımda mərc ediblər. 

Milli.Az xəbər verir ki, Telli uduzacağı təqdirdə Afətə istədiyi məkanda qonaqlıq verəcəyini deyib. Afət isə Tellinin qalib gələcəyi halda ona ətir alacağını bildirib.

Aparıcı Nanə Ağamalıyeva studiyaya 120 gürcü xəngəli gətirilməsini istəyib. Hər iki tanınmış iddialı olsa da, bu mərcin qalibi gözlənilən kimi Telli Borçalı olub. 

Verilişin digər qonağı xalq artisti Teymur Mustafayev (Teymur əmi) təəccübünü gizlədə bilməyib:

"Şokdayam, dəhşət! Allah bunları yiyələrinə qismət eləsin. Onlar bilərlər nə çəkəcəklər". 

Turqut
Milli.Az