Kişilərin cavanlaşma üsulu tapıldı - Dərman və 2,5 yaş...

15 Dekabr 2019 22:40

Alimlər kişiləri cavanlaşdırmağın yeni üsulunu açıqlayıb.

Milli.Az xəbər verir ki, ABŞ-ın Kaliforniya universitetinin tədqiqatçıları keçirdikləri təcrübə əsasında iştirakçıların bioloji yaşını dərmanların köməyi ilə DNT səviyyəsində endirə biliblər.

İştirakçılardakı hüceyrələrin cavanlaşma prosesi test nəticələri ilə təsdiqini tapıb.

Tədqiqatda 51-65 yaşlı 9 ağdərili kişi iştirak edib. Onların hər biri antidiabet həb olan prasteron və metformin qəbul edib. İştirakçılara eyni zamanda böyümə hormonu olan somatotropin də vurulub.

Dərmanların qəbulundan 1 il sonra bioloji yaş 2,5 il azalıb, həmçinin immun sistemi bərpa olunub. (publika.az)

Milli.Az