Şeyx Əbdül “aktyorluğa yararsızdır” dediyi Elməddinlə eyni filmdə

2 Dekabr 2019 10:41

Ötən gün təqdim edilən "Qış nağılı" filmində xeyli sayda məşhurun iştirak etməsi diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, digər diqqət cəlb edən məqam isə Xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) bir zamanlar haqqında "sənətə yararsızdır" dediyi aktyor Elməddin Cəfərovla eyni səhnəni bölüşməsidir.

Onlar ekran işində eyni otelin işçilərini - Şeyx Əbdül otel müdirini, E.Cəfərov isə resepşn işçisini canlandırır. Filmboyu onların qarşılıqlı dialoqları yer alır.

Qeyd edək ki, Ə.Mahmudov ARB TV-də yayımlanan "Səhər-səhər" proqramında sənətçi haqda bu ifadələri işlətmişdi:

"Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır. Elməddin xeyirxah oğlandır getsin menecerlik eləsin.  Özünə də demişəm ki, oğul, sən Gəncə teatrının ən yaxşı vaxtında yaradıcı heyətinin içində olmusan. Sadəcə bu adam aktyorluq, kino sənəti üçün yarayan adam deyil. Bu adama bu istedad verilməyib".

Milli.Az