Ovucdakı bu dəyişiklik xərçəngin əlaməti oldu

2 Dekabr 2019 23:07

73 yaşlı qadın 1 il idi ki, aramsız öskürəkdən əziyyət çəkirdi, müalicələr effekt vermirdi. Son aylarda kəskin arıqlasa belə həkimə müayinəyə getmirdi. Lakin ovuclarının içində qəribə dəyişikliyi gördükdə nəhayət ki, həkimə gedir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qadının əlinin içində xətlər daha qabarıq və kəskin görünməyə başlamışdı, dərisinin rəngi dəyişmişdi, ovucun içində ağrılı və qaşınan qabarcıqlar, pulcuqlar yaranmışdı. 

Həkimlər dərhal ovuc akantozu əlamətini qoyur. Bu simptom çox zaman mədə və ya ağciyər xərçəngində biruzə verir. 

Xəstənin KT müayinəsi onun ağciyərlərində metastazlı şiş göstərdi. Bu da təsadüfi deyildi, qadın 35 il idi ki, günə bir qutu siqaret çəkirdi.

Şüa və kimyaterapiya təyin olunsa da, bu qadına kömək etməyib. Ovuclarındakı həmin simptomlar da olduğu kimi qalıb.

Milli.Az