"Monako" - PSJ matçı təxirə salındı

1 Dekabr 2019 21:15

Futbol üzrə Fransa çempionatının 15-ci turu çərçivəsində bu gün keçirilməsi nəzərdə tutulan "Monako" - PSJ matçı təxirə salınıb. Milli.Az matc.az-a istinadən bildirir ki, buna Monakoya yağan güclü yağış səbəb olub.

Bu üzdən də Fransa Futbol Federasiyası matçın qeyri-müəyyən vaxta təxirə salınmasına qərar verib. Qarşılaşmanın keçirilmə tarixi təşkilat komitəsi tərəfindən müəyyənləşdiriləcək. 
 
Qeyd edək ki, "Monako" - PSJ matçı bu gecə saat 00:00-da start götürməli idi.

Milli.Az