Napoleonun sürgündə geyindiyi çəkmələri fantastik qiymətə satıldı - FOTO

1 Dekabr 2019 11:54

Napoleon Bonapartın çəkmələri Parisdə hərraca çıxarılıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "Drouot" hərrac evinin twitter səhifəsində məlumat dərc edilib.

Çəkmələrin başlanğıc qiyməti 50-80 min avro aralığında təklif edilib.

Sonda sərkərdənin ayaqqabıları 117 min avroya satılıb.

Qeyd edək ki, Napoleon həmin çəkmələri Müqəddəs Yelena adasında sürgündə olduğu zaman geyinib.

Milli.Az