Prezident İlham Əliyev Oman Sultanı və Latviya Prezidentini təbrik edib - YENİLƏNİB

17 Noyabr 2011 18:59
18:59

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Omanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Oman arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına sülh və tərəqqi arzulayıram".

--------
18:53


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Andris Berzinşə təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Latviya münasibətləri hərtərəfli inkişaf etməkdədir. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ölkələrimizi birləşdirən ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az