Məzahir Pənahov: "Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edir"

30 Noyabr 2019 13:30

Bu il keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, prosesdə həmin siyasi partiyaların namizədləri qeydiyyata alınıb:

"Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Seçkilərdə siyasi partiyaların fəallığı bizi sevindirir. Hesab edirəm ki, bu çox yaxşı göstəricidir".

Milli.Az