Eyni anda iki qadınla cinsi əlaqədə oldu: 18 yaşlı qız öldü - ŞOK DETAL - FOTO

29 Noyabr 2019 18:34

2017-ci ildə ABŞ-lı milyarder Alexander Johnson və həyat yoldaşı Luna Almazla üçlü intim münasibətdə olduqdan sonra 20-ci mərtəbədən yıxılaraq ölən 18 yaşlı modelin ölümü ilə bağlı qan donduran detallar ortaya çıxıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı model İvana Smit Alexander Johnson ilə bir əyləncə məkanından çıxıb, milyarderə məxsus olan lüks bir mənzilə gediblər.

Model Smit burada iş adamı Johnson və arvadı Luna Almaz ilə intim əlaqədə olub. Üçlü seks sonrası isə çılpaq halda binanın 20-ci mərtəbəsindən aşağıya yıxılıb.

Hadisənin cinayət, intihar yoxsa qəza olduğuna dair bir çox iddialar səsləndirilsə də, qorxunc gerçək illər sonra ortaya çıxıb.

18 yaşlı modelin cənazəsi hollandiyalı mütəxəssislər tərəfindən müayinə edilib. Gənc modelin cütlüklə üçlü intim əlaqədə olsuğu təsdiqini tapsa da, mütəxəssislər Smitin binadan yıxıldıqdan sonra yox, ondan qabaq ölmüş olduğunu bildiriblər.

Prokurorluq gənc qadının ölməmək üçün mübarizə apardığını göstərən dəlillər olduğunu bildirib. Smitin başının arxasında zərbə izlərinin aşkar edildiyi deyilib. Qollarında da cızıqlar aşkar edilib. 18 yaşlı modelin dırnaqlarının arasında isə 45 yaşlı iş adamı Johnsonun DNT nümunələrinə rast gəlinib.

Hollandiya və Malaziyada aparılan tibbi ekspertiza zamanı modelin orqanizmində kokain və alkol aşkar edilib. Təhlükəsizlik kamerası görüntülərində Johnsonın model qızı qollarından tutaraq dartdığı da əksini tapıb.

Modelin ailəsi qızlarının Johnson və Almaz cütlüyü tərəfindən öldürüldüyünü iddia edib.

Məhkəmə hadisənin yenidən araşdırılması barədə qərar çıxarıb.

31 yaşlı Luna Almaz hollandiyalı modelin ''26 yaşm var'' dediyini ifadəsinə qeyd edib. Milyarder və arvadı Almaz vətənlərinə dönüblər.

Turqut
Milli.Az