Bu iki azərbaycanlı məşhur SEVGİLİ İMİŞ? - Müğənni efirdə ÇƏTİN VƏZİYYƏTDƏ QALDI - FOTO

29 Noyabr 2019 14:44

Gənc müğənni Samirə Əfəndi "Hər şey daxil"in efirində çətin vəziyyətə düşüb.

Milli.Az xəbər verir ki, buna səbəb Tarix Əliyevin (Tolik) müğənniyə aparıcı Cavid Gül ilə eşq yaşayıb-yaşaması ilə bağlı ünvanladığı sual olub.

S.Əfəndi Tolikin sualına bir neçə saniyə "pauza"dan sonra "Dost idik, indinin özündə də dostluğumuz davam edir. Aramızda belə bir şey yox idi (gülür). Saytlar sağolsunlar, bir gecədə problem yaşatdılar" cavabını verib. 

Xatırladaq ki, şou-biznesdə bir çox xanımla eşq yaşamağı ilə tanınan Cavid Gül son açıqlamalarında məşhur xanımla evlənməyə hazırlaşdığını bildirsə də, onun adını gizli saxlamışdı. Cütlüyün birgə səmimi görüntüləri uzun müddət maqazin mediasının gündəmindən düşməmişdi.

Qeyd edək ki, Samirə Əfəndi "Səs Azərbaycan" yarışmasının iştirakçısı olub. O, bu layihədən sonra məşhurlaşıb.

Məhəmməd Vaqif
Milli.Az