Qırmızı mərci şorbasının hazırlanması - Usta öz sirrlərini açır - VİDEO

1 Dekabr 2019 15:00

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Tərkibi:

1 stəkan qırmızı mərci, 1,5 litr su, 1 balaca yaşıl bolqar bibəri, 1 balaca şirin qırmızı bibər, 1 balaca boy kök. 2 orta boy soğan, 1 orta boy kartof, 1 orta boy pomidor, 4-5 xörək qaşığı zeytun yağı, ədviyyatlar, duz, istiot, sarıkök, 1 çay qaşığı şirin qırmızı bibər tozu, pul bibər, 3-4 ədəd yaşıl alça, hərəsindən 5-6 tel cəfəri, keşniş, şüyüd.

Hazırlanması:

Mərcini yaxşıca yuyub qazana tökürük. Üzərinə kartofları doğrayıb əlavə edirik. Soğanı da əlavə edib su tökür və bişməsi üçün ocağa qoyuruq. Qaynadıqda üzərinə yığılan köpükləri götürürük. Bibərləri və pomidoru yuyub, doğrayırıq. Kökü yuyub sürtgəcdən keçiririk. Soğanı doğrayıb tavaya yağı və soğanı əlavə edib qovururuq. Soğanlar bir az öləndən sonra duz və sarıkök əlavə edirik. Qovurulandan sonra ikökü əlavə edirik. Kök yumşalandan sonra bibərləri, pomidoru, ədviyyatları əlavə edirik. Tam qovurulduqdan sonra qaynatdığımız mərcinin içindən bütöv soğanı çıxarıb, qovurduğumuz soğançanı mərcinin içinə tökürük. Gavalıları əlavə edib 5 dəqiqə qaynadırıq. Sonra göyərtisini əlavə edib ocağı söndürürük. Göyərti yumşaldıqdan sonra servis edirik.

Nuş olsun!