Rusiyada səmada UNO görüntülənib - FOTO

28 Noyabr 2019 14:38

Rusiyanın Krasnodar əyalətinin sakinləri Kalinski stansiyası üzərində "Odlu UNO" görüblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisə şahidi üfüqdə dayanan odlu obyekti kamerasının yaddaşına köçürüb. Kadrlardan görünür ki, kamera tərpədilsə də, obyekt tərpənməz olaraq qalıb.

Görüntülər barədə sosial şəbəkə istifadəçiləri müxtəlif fikirlər səsləndiriblər. Bir qisim bunun, doğrudan da, uçan naməlum obyekt ola biləcəyini desələr də, digərləri gizli silah ehtimalını irəli sürüb.

Milli.Az