Azərbaycanlı məşhur toyda ofisianta külli miqdarda pul verdi - FOTO

28 Noyabr 2019 11:55

Tarix Əliyev (Tolik) "Hər şey daxil"in efirində toyların birində adını açıqlamadığı vəzifəli şəxsin ona verdiyi pulu ofisianta bağışladığını bildirib.

Milli.Az xəbər verir ki, Tolik həmin şəxsin onun üçün nəzərdə tutduğu pulu niyə ofisianta verdiyini də açıqlayıb:

"Toyların birində çox hörmətli bir adam gəldi öpüşdük-görüşdük. Mən də oturmuşam, yanımda Elton, yoldaşı oturub. O hörmətli şəxs çıxartdı pul atdı stolun üstünə, götürdüm ofisianta verdim o qədər pulu. Yəni, mən o pulu durum belə götürüm?! Bunu gizlin də vermək olardı".

Məhəmməd Vaqif
Milli.Az