Günün qoroskopu
16 Aprel 2010 07:00
Göylərin mənzərəsi
16 aprel cümə, 3-cü Ay günü, Günəş - Qoçda, Ay - Buğada, Merkuri - Buğada, Venera - Buğada, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Rastlaşdığınız problemlərlə ovqatınızı təlx edəcəksiniz. Maddi imkanlarınızı artırmaq şanslarınız yoxdur. Sevgi sahəsində də problemlər üzdədir.
Buğa - Həyatınızın xoş gününü yaşayacaqsınız. Həyatdan istədiyinizi bu gün almaq imkanlarınız genişdir.
Əkizlər - İşləriniz çətinliklə gedəcək. Əsəbilik ovqatını özünüzdən kənarlaşdırmağa çalışın. Əsas məsələlərin həllinə yönəlin.
Xərçəng - İşlərinizdə rahatlıq, fəaliyyətinizdə genişlik hiss olunan dərəcədə çoxalıb.
Şir - Çalışqanlığınızın bəhrəsini görəcəksiniz. Maddi durumunuzu artırmaq şanslarınız çox olsmasa da, maliyyə yardımı alacaqsınız.
Qız - Sizin üçün rahat keçən bu gün problemlərinizin çoxunu unudacaq, asudəliklə nəfəs ala biləcəksiniz.
Tərəzi - Dolaşıq işlərin həlli ilə məşğul olacaqsınız. Elə adamlar var ki, onlara qarşı üzdə səmimi olmalısan. Belə adamlarla kobud danışmağın yeri yoxdur. Yoxsa sonradan əziyyətini çəkəcəksiniz. Bu gün bu məsələyə daha diqqətli olun.
Əqrəb - Rahat keçən günlərinizdən biridir. Yaxın hesab elədiyiniz yoldaşların sizə faydası dəyəcək. Pis vərdişlərə uymayın.
Oxatan - Çətin keçən günlərinizdən biridir. İşləriniz istədiyiniz kimi alınmır. Maliyyə və sevgi problemləriniz yenə də ciddiliklə qarşınızdadır.
Oğlaq - İşləriniz alınacaq. Həyatdan nə istədiyinizi dəqiq bilin və ona doğru gedin. Fikrinizi haçalamayın. Maliyyə uğurlarınız mümkündür.
Dolça - İşləriniz getmir. Tənbəllik etməyin. Mütaliyə ilə məşğul olun, biliyinizi artırın. Səhhətinizə qarşı diqqətli olun.
Balıqlar - Özünüzdə bir rahatlıq hiss edəcəksiniz. Hansı işdən yapışsanız sonucda uğur sizindir. Ovqatınız yüksək olacaq.
Milli.Az