Prosineçki milli komandadan qovuldu

27 Noyabr 2019 17:25

Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki istefaya göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə futbol federasiyasını rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Prosineçki 2018-ci ilin yanvar ayından Bosniya və Herseqovina yığmasını çalışdırırdı. O, 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Milli.Az