Tanınmış aktrisa xəstəxanalıq oldu - FOTO

26 Noyabr 2019 20:20

Bir neçə gün öncə səhnədə halı pisləşən Türkiyəli aktrisa Gonca Vuslateri bu dəfə xəstəxanalıq olub.

Axşam.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O, xəstəxanadan foto paylaşaraq, tamaşalarının dekabr ayınadək təxirə salındığını bildirib.

"Halım qəfil pisləşdiyi üçün səyahətdən qayıtsam da, bu dəfə xəstəlik mənə qalib gəldi və xəstəxanaya yatdım. Tamaşaları dekabr ayına ertələdik" deyə, o, paylaşımda qeyd edib.