Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis albaniyalı həmkarı Edi Rama ilə telefon əlaqəsi saxlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yunan rəsmi həmkarına zəlzələdən zərərçəkmiş ərazilərə xilasedicilər briqadası göndərməyi təklif edib.
Qeyd edək ki, Bolqarıstan da Albaniyaya zəlzələnin fəsadlarının aradan qaldırması üçün öz köməyini təklif edib.
Xatırladaq ki, bu gün Albaniyada 6,4 bal gücündə zəlzə olub. Son məlumata görə, zəlzələ nəticəsində 7 nəfər həlak olub, yüzlərlə yaralı var. Paytaxtda və digər şəhətrlərdə də dağıntılar olub.
Milli.Az