Albaniyada zəlzələdə ölənlərin sayı 16-ya çatıb, 600-dən çox insan xəsarət alıb - YENİLƏNİB - VİDEO - FOTO

26 Noyabr 2019 17:53

17:53

Albaniyada zəlzələdə ölənlərin sayı artıb.

APA-nın "Exit" portalına istinadən verdiyi xəbərə görə, zəlzələdə ölənlərin sayı 16-ya çatıb.

Dağıntılar altında qalmış 41 nəfər xilas edilib.

----------
15:56

Albaniyada baş verən zəlzələdə 13 nəfər ölüb, 600 nəfərdən çox insan xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti yerli kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb.

---------
13:16

Albaniyada baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

APA-nın Albaniyanın "Koha Jone" qəzetinə istinadən verdiyi xəbərə görə, ən son məlumatlara əsasən, zəlzələdə 7 nəfər ölüb, 325 nəfər xəsarət alıb.

Yaralılar Tirana və Duressdə yerləşən xəstəxanalara çatdırılıblar.

Tirana, Durres və Leja şəhərlərinin təhsil müəssisələrində dərslər təxirə salınıb.

---------

10:58

Albaniyada baş vermiş güclü zəlzələ insan tələfatına da səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 4 nəfər həlak olub. Yaralananların sayı hələ dəqiq məlum deyil.

----------
10:01

Albaniyada güclü zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların gücü 6.4 bal olub.

Məlumata görə, paytaxt Tirana yaxınlığında qeydə alınan zəlzələ nəticəsində yüzlərlə nəfər xəsarət alıb. Ölənlərin olması barədə hələ xəbər yoxdur.

Güclü təkan nəticəsində eləcə də çoxlu sayda yaşayış evlərinin dağıldığı qeyd edilir.

Zəlzələ paytaxtdan savayı, Durres şəhərində də hiss olunub və dağıntılara səbəb olub.

---------
09:47

Albaniyanın paytaxtı Tiranadan 34 kilometr şimal-qərbdə 6,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, təkanlar 10 kilometr dərinlikdə olub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bu barədə məlumat yayıb.

Xeyli sayda binalarda çatlar yaranıb. Bu zəlzələdən 9 dəqiqə sonra 5,3 bal gücündə növbəti təkanlar qeydə alınıb.

Zəzələ Yunanıstan, Montenoqra, İtalya, Makedoniya, Bosniya-Hersoqovina, Şimali Makedoniya, Xorvatiya və Serbiyada da hiss olunub.

Milli.Az