Barselona sakini Arda Turanı məhkəməyə verir - SƏBƏB

26 Noyabr 2019 09:38

Müqavilə ilə "Barselona"ya məxsus olsa da, icarə əsasında "Başakşəhər"də çıxış edən Arda Turan İspaniyada məhkəməyə verilir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, buna səbəb olunan Barselonada kirayə qaldığı mənzilin sahibinə borclu olmasıdı. 

Ev sahibi türk futbolçunun son bir neçə ayın pulunu ödəmədiyini və evə ziyan vurduğunu iddia edib. "El Mundo Deportivo"nun məlumatına görə, Arda ev sahibinə 400 min avro borcludur. Bunun 100 min avrosu icarə haqqıdı, 300 min avro isə evə dəyən ziyana görə tələb edilir. 

Arda Turanla danışıqlarda pulun ala bilməyən ev sahibinin məhkəmə üz tutacağı bildirilir.

Milli.Az