Qripi pnevmoniya, kəskin respirator viruslu infeksiyadan necə ayırmalı?

7 Dekabr 2019 22:55

Soyuq aylarda əhali arasında kəskin respirator virus infeksiyaları (KRVİ), zökəm, qrip, eləcə də onların ağırlaşması fonunda pnevmoniya geniş yayılır. Əhali çox zaman çox zaman bu xəstəlikləri ümumi olaraq soyuqdəymə, qrip adlandırır.  Bəs onları əlamətlərinə əsasən bir-birindən necə fərqləndirmək olar?   

Milli.az Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) bununla bağlı hazırladığı tövsiyəni təqdim edir:

Qripi pnevmoniya, kəskin respirator viruslu infeksiyadan (KRVİ) necə ayırmalı?

KRVİ

Bədən temperaturu 38,5 dərəcəyədək yüksəlir.
Baş ağrıları
Gözlərdə sulanma, sancı hissi
Burun tıxanıqlığı
Öskürək
Titrəmə
Ümumi zəiflik və yuxululuq müşahidə olunur.
Qrip

Əlamətləri KRVİ kimidir. Lakin proses daha sürətli davam edir.
Bədən temperaturu 38,5 dərəcəyədək yüksəlir.
Baş ağrıları
Titrəmə
Əzələlərdə ağrı
Yüksək tərləmə
Qarında diskomfort hissləri
İşığa həssaslıq
Burun və udlaqda müəyyən dəyişikliklər baş verir.
Pnevmoniya

3-5 gün yüksək temperatur davam edir.
Kəskin öskürək və çətin xaric olunan bəlğəm müşahidə olunur.
Titrəmə
Artan ümumi zəiflik
Bəzən sinədə  narahatlıq və ağrı hiss edilir.

Milli.Az