Türkiyəli nazir: "Ankara Ermənistanı uğurlu və zəngin ölkə kimi görmək istəyir"
15 Aprel 2010 15:49
"CNN-Türk"ün məlumatına görə, o, Ermənistan-Türkiyə münasibətləri ilə Türkiyə-ABŞ münasibətləri arasında paralel aparılmasında məntiq görmədiyini söyləyib. "Türkiyə ilə Ermənistan iki qonşu dövlətlərdir. Biz əsrlər boyu yan-yana yaşamışıq və münasibətlərimizi kiminsə müdaxiləsi olmadan özümüz normallaşdıra bilərik", - deyə Davudoğlu bildirib.
Nazir Ankaranın Ermənistanı kasıb deyil, "uğurlu və zəngin" ölkə kimi görmək istədiyini bildirib: "Protokolları da imzalayan zaman məhz bu məntiqdən çıxış etmişik".
Milli.Az