Ürək xəstəlikləri riskini azaldan məhsullar - SİYAHI

1 Mart 2020 19:59

Paxlalıların istifadəsi müxtəlif ürək-damar xəstəliklərinin yaranmasının qarşısını almağa kömək edir.

Milli.Az bildirir ki, bu nəticəyə Amerika Həkimlər Komitəsinin ekspertləri gəliblər.

Mütəxəssislərin sözlərinə görə, rasiona lobya, mərcimək və noxud daxil edilməsi infarkt və insult riskini on faiz azaldır. Məsələ ondadır ki, bu bitkilərin tərkibində çoxlu miqdarda sellüloza, zülal və digər mikroelementlər var.

Eyni zamanda, paxlalıların tərkibində yağ az olur, aşağı qlikemik indeksə malikdir  və tərkibində xolesterin olmur.

Tədqiqatçılar qeyd edirlər ki, pəhrizə paxlalıların əlavə edilməsi qan təzyiqinin də azalmasına kömək edə bilər. (ölkə.az)

Milli.Az