Futbol azarkeşi bilet növbəsində canını tapşırdı

15 Aprel 2010 15:34
"Reuters"in məlumatına görə, növbədə 565-ci adam olan 64 yaşlı kişi ürək tutmasından elə növbədəcə keçinib. Qeyd edək ki, DÇ-2010-a biletlərin nəğd yolla satılmasına yeni başlanılıb və 500 min bilet bu qaydada satılacaq. Ümumilikdə CAR əhalisi üçün təxminən 120 min bilet ayrılıb və onların qiyməti 20 dollar civarındadır. Bu, uzun illər ərzində futbol üzrə dünya çempionatının bilet satışında qeydə alınan ən aşağı qiymətdir.

Milli.Az