"Sabah"ın futbolçusu Bəhlul Mustafazadə karyerasını İngiltərədə davam etdirə bilər.
Milli.Az bildirir ki, goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Sunderland 22 yaşlı müdafiəçi ilə maraqlanır. İngiltərə I Liqasında təmsilçisinin millimizin üzvü üçün qış transfer pəncərəsində "Sabah"a təklif göndərəcəyi bildirilib.
Xəbərdə, həmçinin Bakı klubunun Sunderland-dən böyük rəqəm tələb etməyəcəyi vurğulanıb.
Milli.Az