Parlament Moralesin qələbəsini ləğv etdi

24 Noyabr 2019 10:49

Boliviya parlamenti Evo Moralesin prezident seçkilərində qələbəsini ləğv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəbul edilən qanunda bildirilir ki, 20 oktyabr 2019-cu il tarixdə keçirilmiş ümumi seçkilər və nəticələr etibarsız sayılır.

Prezident, vitse-prezident, senatorlar, millət vəkilləri və millətlərarası parlament orqanlarının nümayəndələrini seçmək üçün yeni ümumi seçkilərin keçirilməsi isə planlaşdırılır. 

Milli.Az