“Qarabağ”a qol vurub anasına doğru qaçdı - VİDEO

23 Noyabr 2019 09:49

Azərbaycan Premyer Liqasının 12-ci turunun açılış matçında "Qarabağ"ı qəbul edən "Sumqayıt" Peyman Babayinin dublu sayəsində rəqibini 2:1 hesabı ilə məğlub edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu oyunda vurduğu birinci qoldan sonra qarşılaşmanı izləyən anasına doğru qaçıb. O, sevincini anasını öpməklə qeyd edib.

Həmin anın videosunu təqdim edirik:

Milli.Az