“San Remo” restoranında atışma - “Qanuni oğru” güllələndi

22 Noyabr 2019 20:01

Suxuminin mərkəzində "San Remo" restoranında atışma qeydə alınıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Abxaziya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, baş verən atışma nəticəsində kriminal avtoritet hadisə yerində ölüb, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Agentliyin məlumatına görə, üç maskalı naməlum şəxs maşınla Maxadjir sahilinə gələrək restoran yaxınlığında masada oturan şəxslərə atəş açıb. Ofisiant və üç nəfər xəstəxaya çatdırılıb.

Hadisədən bir saat sonra Suxumi dəmiryolu anbarının ərazisində cinayəti törədənlərin avtomobilinin yandığı aşkarlanıb. Qeyd olunur ki, hadisə yerində ölən kriminal avtoritet 38 yaşlı Astamur Şambadır.

Milli.Az