Gedib, kabinetlərdə 5 kişi üçün oxumursunuz ki, sizə orada min manat versinlər" - FOTO

22 Noyabr 2019 18:00

"Ayda nə qədər toya gedirsiniz?"

Milli.Az xəbər verir ki, bu sualla aparıcı Tarix Əiyev (Tolik) "Hər şey daxil"də Əməkdar artist Ruhəngiz Allahverdiyevaya müraciət edib.

Dünən 64 yaşını qeyd edən xanım sənətçinin Tolikin sualına cavabı hər kəsi məəttəl qoyub:

"Məni toylara çağırmırlar. "Sex işi" olur, ac qalmamaq üçün gedirəm. Bir restoranın 9 dənə zalında oxuyuram. Hər zalında da canlı ifa edirəm. Mən xoşlamıram toyda fonoqram oxumağı".

"Maaşınız 500 manat var?" sualı ilə Tolik əməkdar artistə üzünü tutub. Ruhəngiz Allahverdiyeva aparıcıya "Yox, çox azdır" cavabını verib.

Tolik sənətçinin açıqlaması qarşısında təəccübünü sərt şəkildə ifadə edib:

"300 manat versələr ayda, bu hər zala 30 manat deməkdir. Amma ora bir dənə qısa yubka geynmiş bir təzə, tanınmamış qız gəlir yarım saat oxuyur 2-3 min manat alır gedir. Bu da zəmanə.

Çox pis oldum. Siz halal pulunuzu qazanırsınız. Gedib, kabinetlərdə 5 dənə kişi üçün oxumursunuz ki, sizə orada min manat versinlər".

Məhəmməd Vaqif
Milli.Az